Gəncədə Goranboy sakini 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə, o tanışı tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Mingəçevir şəhər sakini Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Qasım Quliyev polisə könüllü təslim olub.Ağstafa rayon sakinləri-2005-ci il təvəllüdlü X.Vəliyev və onun qardaş 2003-cü il təvəllüdlü N.Vəliyev çoxsaylı kəsici-deşici alət xəsarət ilə xəstəxanaya yeləşdirilib, vəziyyətləri kafidir. Biləsuvarda 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanaraq həyatını itirib.Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev saxlanılb.Məlumata görə, onlar xalaoğludurlar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
05 oktyabr 2026

