Gəncə və Şəmkirdə yol-nəqliyyat hadisələri olub, xəsarət alanlar var
2021-11-20 10:08
Gəncədə iki "VAZ" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 57 yaşlı Fəxrəddin Nəsirov və daha bir nəfər xəsarət alıb. Bakı-Qazax magistral yolunun Şəmkirin Könüllü kəndindən keçən hissəsində də qəza olub. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Rusiya vətəndaşı, Dağıstan sakini 40 yaşlı Şamil Tanizov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktlar araşdırılır.
Fərid Mehdiyev