Gəncə uşaq evi dezinfeksayı edilib
2020-04-14 18:05
Covid-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Gəncə Uşaq Evi infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya edilib. Valideyn himayəsindən məhrum olan uşaqların yataq, yemək və əyləncə otaqları, atraksionlar, dəhlizlər və bütün xidməti otaqlar xüsusi məhlullarla dərmanlanıb. Dezinfeksiya işlərinin intensivliyinin təmin olunması məqsədilə xüsusi çiləyici qurğuları olan texnikalardan istifadə olunur.
Fərid Mehdiyev