2020-10-11 15:06
Gəncə tarixən mübariz şəhər olub və heç vaxt düşmənin həmlələrindən çəkinməyib. Bu gün də Gəncə və gəncəlilər düşmən təxribatları qarşısında qətiyyətlə dayanır. Cəbhədə tarix yazan şanlı Ordumuzun arxasında mətinliklə dayanan şəhər sakinləri tez bir zamanda böyük qələbənin qazanılacağına inanır və bütün torpaqlarımızın işğaldan azad olunacağı o günü səbirsizliklə gözləyir. Erməni işğalçıların növbəti dəfə terrora əl ataraq mülki əhalini hədəfə çevirməsi riyakar düşmənin iç üzünü bir daha ortaya çıxartdı. Mənfur qonşumuz hərb meydanında şanlı ordumuza məğlubiyyətin əvəzini dinc sakinlərə hücum etməklə çıxır. Amma heç bir təxribat, heç bir çirkin əməl Gəncə sakinlərini qorxuda bilməz. Şəhər ziyalıları, millət vəkili və sakinlər baş verən hadisələrə münasibət bildiriblər. 1. Tarixçi Asif Cavadov 2. Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov 3. millət vəkili Naqif Həmzəyev
Fərid Mehdiyev