Gəncə sakinlərindən silah götürülüb
2021-02-09 12:06
Gəncədə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Miyani saxlanılıb. Üzərindən 1 ədəd, atəşə yararlı, “revolver” tipli tapança və 4 ədəd patron götürülüb. Digər aəməliyyatla şəhər sakini Ramin Qasımovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilib. Faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Vüsalə camal