Canlı
Gəncə sakinləri şəhər rəhbərliyinə müraciət edib

2018-09-11 / 16:01

Gəncənin Yeni Gəncə yaşayış massivinin sakinləri bir sıra məsələlərlə bağlı şəhər rəhbərliyinə müraciət edib. Səyyar görüşdə uşaq meydançalarının salınması, dam örtüklərinin dəyişdirilməsi, binaların qarşısına asfalt örtüyünün salınması, zibillik ərazilərin tullantılardan təmizlənməsi kimi məsələlər qaldırılıb. 70-ə yaxın sakini narahat edən problemin yerindəcə araşdırılması və müvafiq tədbirlərin görülməsi adiyyəti idarə-müəssisə rəhbərlərinə tapşırılıb.

Ruhəngiz Hacızadə