Gəncə sakininin avtomobilindən 10 kq narkotik götürülüb
2020-01-07 14:06
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Verdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb. Onun “BMW” markalı avtomobilindən isə 10 kiloqramdan a rtıq heroin götürülüb. Şəkidə də daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb. Ondan üzərindən heroin, yaşadığı ünvandan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Vüsalə Camal