Canlı
Gəncə sakinini Tovuzda ilan sancıb

Tovuzda Gəncə sakinini ilan sancıb. Hadisə rayonun Girzan kəndi yaxınlığında, Ceyrançöl adlanan ərazidə qeydə alınıb. İlan orada fəhlə işləyən Gəncə sakini, 23 yaşlı Anar Hüseynovu ayağından sancıb. Zərərçəkən dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir.

Vüsalə Camal