Gəncə sakinindən silah götürülüb
2021-06-02 12:00
Gəncədə polis saxlanılan, əvvəllər məhkum olunmuş Elvin Məmmədovdan atəşə yararlı “TT” tipli tapança, silaha aid sandıqca və 1 ədəd patron aşkar edərək götürüb. Göyçayda isə qohumunun mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. Satdığı, pulunu əyləncəyə xərclədiyi qızılların bir qismi mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.
Vüsalə Camal