Canlı
Gəncə sakinindən narkotik və silah götürülüb

2018-03-09 / 08:38

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Arzu Süleymanov şübhəli şəxs kimi saxlanılıb. Ondan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb. Süleymanovun yaşadığı evdə isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkarlanıb. Maddi sübutlar istintaqa təhvil verilib. Fakt üzrə cinayət işi başlanılıb.

Vəfa Şairova