Gəncə sakinindən 10 kq narkotik götürülüb
2020-06-16 10:06
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 kiloqram 250 qram marixuana, 980 qram tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə Rzayevin Poçt qəsəbəsi ərazisində gizlətdiyi 1 kiloqram 890 qram marixuana da aşkar edilərək götürülüb.
Fərid Mehdiyev