Gəncə sakinində silah və narkotik aşkarlanıb
2020-01-05 12:06
Gəncədə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov saxlanılıb. Onun üzərindən müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, həmin tüfəngə məxsus 3 ədəd patron və 1.64 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Fərdi yaşayış evindən isə aşkar edilən odlu silahın qundaq və lüləyi, 406 qram qurudulmuş “marixuana” aşkarlanıb.
Nərgiz camal