Gəncə sakini dostunu bıçaqlayıb
2021-01-05 10:08
Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsində bıçaqlanma hadisəsi baş verib. 51 yaşlı kişi 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin dostu 1985-ci il təvəllüdlü Zahir Həsənovu saxlayıblar. O, əməlini etiraf edib.
Vüsalə camal