Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun inşası davam etdirilir
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Artıq 130 km-lik yolun Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb. AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Zəyəm-Qırılı hissəsində 8 avtomobil körpüsü, 5 yol qovşağı və 2 yolötürücüsü inşa edilib.