Gəncə-Qazax bölgəsinin arxeoloji tədqiqinin aktual problemləri - beynəlxalq elmi konfrans
Ağstafada “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.Konfransın keçirilməsində əsas məqsəd bölgəmizin tarixi, mədəni irsini yaşatmaq, elmi və arxeoloji araşdırmalar işini gücləndirmək və görkəmli alim Mansur Mansurovun elmi yaradıcılığını geniş ictimaiyyətə təqdim etmək olub.Konfransın ikinci günündə Ağstafa rayonunda yerləşən, Son Tunc - Erkən Dəmir dövrünə aid edilən Ağalıqtəpə yaşayış məskəninə elmi tur təşkil edilib. Qonaqlar Azərbaycan və Almaniya arxeoloji ekspedisiyanın birgə apardığı qazıntı işləri ilə yaxından tanış olublar.
15 aprel 2026

