Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC yanvarın 12-dən etibarən istifadəyə veriləcək Gəncə–Qəbələ–Gəncə qatar marşrutu üzrə hərəkət qrafikini açıqlayıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev Kəpəz FM-ə açıqlamasında bildirib ki, yeni marşrut regionlararası nəqliyyat əlaqələrinin genişlənməsinə və daxili turizmin inkişafına mühüm töhfə verəcək.
Bəxtiyar Hacıyev - “Azərbaycan Dəmir Yolları” QSC - nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri: "Bu gün qərb istiqamətində ən çox təlabat olan istiqamətlərdən biri hətta deyərdim kin ən birincisi Gəncədi.Regionlar arası marşrutlar bölgələrdə nəqliyatın əlçatanlığının təmin edilməsinə nəqliyyat bağlantısının nəqliyat imkanlarının və ümumiyetle mobilliyin genişləndirilməsinə xidmət edir.Yeni sernişin daşıma marşrutu olan Gəncə Qəbələ Gəncə marşrutunun da Qərb və Şimal Qərb bölgələri arasında əlçatanlığın artırılmasında və daxili turizmin inkişafına töhfə verəcəyi gözlənilir. Gəncə qərb bölgəsində sərnişinlərin ən çox üz tutduğu istiqamətdir, Qəbələ isə ölkəmizin əsas qış və yay turizmi mərkəzlərindən biridir. Hazırda Bakı–Qəbələ–Bakı reysi yalnız həftəsonları həyata keçirilir, yeni Gəncə–Qəbələ–Gəncə reysi isə sərnişinlərə hər gün səfər etməyə imkan verəcək. Belə ki, sərnişinlər Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çataraq, 11:12-də Gəncə–Qəbələ qatarına minə biləcəklər. Qəbələ–Gəncə reysi ilə isə saat 18:45-də Ləki stansiyasına çatmaq və 19:02-də Qazax–Bakı qatarı ilə paytaxta qayıtmaq mümkündür. Bu səbəbdən Gəncə–Qəbələ–Gəncə reysinə tələbatın artacağı gözlənilir. Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarlarla xidmət göstəriləcək, Gəncədən Qəbələyə səfər təxminən 1 saat 50 dəqiqə davam edir. Marşrut üzrə Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə etmək mümkündür. Qiymətlər çox münasibdir – 4 manat 30 qəpidən başlayır. Biletləri sərnişinlər Gəncə vağzalının kassasından və ya vaxt itirmədən, növbədə dayanmadan “Azərbaycan Dəmir Yolları”nın rəsmi saytından və mobil tətbiqindən əldə edə bilərlər. Azərbaycan Dəmir Yolları olaraq gəncəli sərnişinlərimizə yeni ildə yeni uğurlar, dəmir yolları ilə rahat, təhlükəsiz və xoş səfərlər arzulayır. Yanvarın 12-dən etibarən yeni Gəncə–Qəbələ–Gəncə qatarı sərnişinləri gözləyir".

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik