"Gəncə" klubu ukraynalı voleyboçu ilə müqavilə imzalayıb
“Gəncə” voleybol klubu ukraynalı oyunçu Olena Napalkova ilə müqavilə imzalayıb. Ukrayna millisinin üzvü olan voleybolçu növbəti mövsümdə də bölgə təmsilçisinin formasını geyinəcək. Qeyd edək ki, Napalkova ötən mövsüm “Gəncə” ilə Azərbaycan Kubokunun gümüş medalını qazanıb.

