Gəncə karateçiləri Respublika birinciliyində 9 mükafata yiyələniblər
2021-09-28 14:10
Arpaçay Gəncə klubunun karateçiləri Respublika birinciliyində iştirak ediblər. Bakıya 17 nəfərlik heyətlə yollanan klubun üzvlərindən yarısı mükafatçılar sırasına düşməyi bacarıb. Gəncə komandası 2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc medal olmaqla 9 mükafata yiyələnib.
Nərgiz camal