Gəncə-İstanbul aviareysi ləğv olunub
2021-01-25 12:06
Türkiyədə yağan güclü qar səbəbindən bu gün reallaşdırılmalı olan İstanbul-Gəncə-İstanbul təyyarə reysi baş tutmayıb. Gəncə Beynəlxalq Aeroportundan Kəpəz FM-ə verilən məlumata görə, qrafik üzrə İstanbula uçuşlar həftənin ikinci günü saat 13:20 və şənbə günü saat 11:15-də həyata keçirilir. Əgər şənbə gününə kimi hava şəraiti düzəlsə, planlaşdırılan reys baş tutacaq və bu gün üçün uçuş bileti olanlar həmin reyslə yola salınacaqlar.
Nərgiz camal