Gəncə ilə Çinin Çindao şəhəri arasında əməkdaşlıq genişlənir
Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi heyət aprelin 20-də Çindao şəhərində olub və şəhər merinin müavini Qen Tao ilə görüş keçirib. Görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri yeni mərhələyə yüksəldiyi qeyd olunub.Tərəflər iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Səfər çərçivəsində nümayəndə heyəti "Hisense" şirkətində də olub və yüksək texnologiyalar sahəsində yeniliklərlə tanış olub.
21 aprel 2026

