Canlı
Gəncə idmançıları muay-tay üzrə klubların 1-ci Avrasiya Kubokunda 4 medal qazanıblar

2017-12-27 / 16:06

Bakıda muay-tay üzrə klubların 1-ci Avrasiya Kubokunda Gəncə idmançıları da iştirak edib. Nizami yurdunun təmsilçiləri yarışda 4 medal qazanıblar. Əldə olunan mükafatlardan biri qızıl, biri gümüş, ikisi bürüncdür. Yeniyetmə, gənc və böyüklər arasında reallaşan yarışda Elmir Əliyev Avrasiya Kubokunun baş mükafatını qazanıb.

Vüsalə Camal