Gəncə idmançıları Karate-do Federasiyasının 10-cu dünya çempionatında iştirak ediblər

2019-06-11 15:56

Gəncə idmançıları Rumınyada keçirilən Dünya Şotakan Karate-do Federasiyasının 10-cu dünya çempionatında uğurla iştirak ediblər. Əməkdar məşqçi Əziz Əzizovun 5 yetirməsi Buxaretsdə reallaşan mundialda 40-a yaxın dövlətdən olan 1600 idmançı ilə mübarizədə mükafatlara yiyələnib. Əldə olunan medallardan ikisi qızıl, ikisi gümüş, biri isə bürünc olub.

Vüsalə Camal