Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qəza baş verib
2021-09-20 10:09
Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qəza baş verib. Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza zamanı "NİVA"-nın sürücüsü, 62 yaşlı Bayarmov Bəhram Qəhraman oğlu və sərnişin, 34 yaşlı Həsənova Firəngiz Oktay qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Nərgiz camal