"Gəncə" FIBA Avropa Kubokunda növbəti dəfə uduzub
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın "Kolossos" komandasına uduzub. Bu nəticədən sonra 8 xalı olan "Gəncə" C qrupunda sonuncu, altıncı pillədə qərarlaşıb. Qeyd edək ki, komandaya daha əvvəl Bolqarıstan təmsilçisi ilə səfər oyununa getmədiyi üçün texniki məğlubiyyət verilib.
19 noyabr 2026

