Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub
Gəncə-Daşkəsən regionunda təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub.Tədbirlərdə “TəhsilPlus” kartının üstünlükləri, endirim və bonus imkanları barədə məlumat verilib, videoçarx nümayiş etdirilib.Kartlar universitet rektorlarına, professor-müəllim heyətinə, həmçinin sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə təqdim olunub.Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
05 iyun 2026

