Gəncə-Daşkəsən regional təhsil idarəsinin tabeliyində olan məktəblərdə çalışan müəllimlərdən 7-si əməkdar müəllim adına layiq görülüb
Ölkə başçısının sərəncamı ilə Gəncə-Daşkəsən regional təhsil idarəsinin tabeliyində olan məktəblərdə çalışan müllimlərdən 7-si əməkdar müəlim adına layiq görülüb, 3 nəfər tərəqqi medalı, 1 müəllim isə qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunub. 2 nəfərə isə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib. Gəncədə Beynəlxalq Müəllimlər günü münasibəti ilə keçirilən tədbirdə qrup pedaqoqa fəxri fərmanlar və hədiyyələr də verilib.