Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ilk işi strateji plan hazırlamaq olacaq
2021-05-04 14:06
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev kollektivə təqdim olunub. "Bizim ilk işimiz qısa, orta və uzun müddətli strateji plan hazırlamaq olacaq. Bizim qarşımıza qoyulan əsas vəzifələrdən biri də idarəetmənin optimallaşdırılmasıdır" - deyən idarə müdiri qısa müddət ərzində qarşıya qoyulan işlərin öhdəsindən gəlinəcəyinə inamını ifadə edib.
Vüsalə camal