Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrup yaradılıb
2021-05-16 18:05
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Texnologiya Universiteti və “Gəncə İş Adamları” İB-nin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən iqtisadi rayon üzrə sənayenin innovativ texnologiyalar əsasında inkişafı proqramı və İnvestisiya Xəritəsi yaradılacaq. İşçi qrup mövcud vəziyyətin təhlili, regionun sənaye potensialının qiymətləndirilməsi, sənayenin perspektiv inkişaf modelinin qurulması, perspektiv sahələr üzrə inkişaf potensialının qiymətləndirilməsini aparacaq, pilot sənaye sahəsi üzrə klaster təşəbbüsü hazırlayacaq və həyata keçirəcək.
Vüsalə camal