Canlı
Gəncə Dövlət Universiteti bayram abu-havasında

2018-03-08 / 12:26

Pedaqoji təhsil verən qadınların cəmiyyətdə rolu daha fərqli və məsuliyyətlidir. Çünki onlar gələcəyin anasını və gənclər üçün örnək ola biləcək müəllim yetişdirir. Gəncə Dövlət Universitetinin kolektivi 8 Mart Beynəlxalq Qadınlar Gününə biganə qalmayıb. Tələbələr xanımları sazlı-sözlü təbrik ediblər. Təqdim olunan müxtəlif musiqi parçaları və səhnəçiklərlə əsl bayram abu-havası yaradıblar. İctimai fəaliyyəti ilə fəqlənən xanımlar isə universitet rəhbərliyi tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Vəfa Şairova