Gəncə Dövlət Dram Teatrının 126-cı mövsümünün açılışı Nizami Poeziya teatrında açıq havada baş tutub
2020-09-23 18:09
Gəncə Dövlət Dram Teatrının 126-cı mövsümünün açılışı Nizami Poeziya teatrında açıq havada baş tutub. Tamaşaçısız açılan mövsüm yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri ilə başlayıb. Tamaşaçının onlayn izlədiyi tamaşada Azərbayacanın qadın şairəsi, 900 il bundan əvvəl yaşayıb-yaradan Məhsəti Gəncəvidən bəhs olunur. “Xərabət gözəli” ilk dəfədir Nizami Poeziya teatrının səhnəsində nümayiş olunub.
Fərid Mehdiyev