Gəncə basketbolçuları Hərbi Qənimətlər Parkını ziyarət edib
"Gəncə" basketbol klubunun məşqçi heyəti və oyunçuları Hərbi Qənimətlər Parkında olublar. Komandanın legionerlərinə park haqqında məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində parlaq zəfəri özündə əks etdirən park Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbəyə həsr olunub. Bu parkın Azərbaycanın hərbi gücünün növbəti nümayiş məkanı olduğu vurğulanıb. Parkdakı silahlar, ağır texnikalar əcnəbi basketbolçular tərəfindən maraqla qarşılanıb.
Emin İsazadə