Canlı
Gəncə Baş Polis İdarəsi Polis Akademiyasında oxumaq istəyənlərin sənədlərini qəbul edir

2018-01-11 / 12:01

Gəncə Şəhər Baş Polis İdarəsi 2018/2019-cu tədris ilində DİN-in Polis Akademiyasında təhsil almaq istəyənlərin sənədlərinin qəbulunu aparır. Əyani təhsil almaq istəyən tam orta təhsil məktəblərinin buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşların müvafiq forma üzrə ərizələri yanvarın 10-dan fevralın 10-dək qəbul edilir. Qəbul üçün fiziki cəhətdən sağlam, boyu 165 sm-dən (qızlar üçün 160 sm-dən) yuxarı, Gəncə şəhərində qeydiyyatda olan, Dövlət dilini bilənlər müraciət edə bilərlər.

Ruhəngiz Hacızadə