Gəncənin Cavadxan qəsəbəsində Pərviz Hüseynovun idarə etdiyi "Volkswagen Passat" ötmə əməliyyatı zamanı "Mercedes"lə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetmədən çıxaraq aşıb.Hadisə zamanı "Mercedes"in sürücüsü İsmayıl Bayramov və avtomobildə olan sərnişinlər xəsarət alıblar. Bərdənin Kələntərli kəndində Mənsur Əliyev idarə etdiyi minik avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Nəticədə arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.Xaçmazın Çarxı kəndində iki minik avtomobilinin toqquşması nəticəsində doqquz nəfər Naxçıvan sakini - 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu sakinləri; 1997 və 1993-cü il təvəllüdlü İsmayılovlar, Şabran sakinləri; 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964 və1995-ci il təvəllüdlü İsmayılovlar, 1991, 2011 və 2015-ci il təvəllüdlü Məmmədovlar xəsarət alıblar.Faktlarla bağlı araşdırma aparılır.
28 sentyabr 2026

