Gəncə avtomobil zavodu ilə Çin şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb
Gəncə Avtomobil Zavodu ilə Çinin iki iri şirkəti arasında əməkdaşlıq sazişləri imzalanıb. Sənədlərə əsasən, Azərbaycanda ticari və yük avtomobillərinin yığılmasına başlanacaq. Zavod həmçinin Çin şirkətlərinin elektrik və dizel şassilərinin satışı, servis xidməti və ehtiyat hissələri üzrə eksklüziv distributor olacaq.İstehsalın ilkin mərhələdə daxili bazara yönəldilməsi, gələcəkdə isə ixracın həyata keçirilməsi planlaşdırılır.Müqavilələr Çin səfəri çərçivəsində imzalanıb və tərəflər bu əməkdaşlığın sənaye və ixrac imkanlarını genişləndirəcəyini bildiriblər.
23 aprel 2026

