Gəncə aeroportu koronavirusla əlaqədar gücləndirilmiş iş rejiminə keçib
2020-01-30 14:00
Koronavirus epidemiyasına qarşı Gəncə Beynəlxalq Hava limanında 4 gündür gücləndirilmiş iş rejimi tətbiq olunub. Hava limanının səhiyyə məntəqəsində xüsusi izalyator otağı yaradılıb. Otaq lazımı dərman peraparatları ilə təmin edilib, xüsusi həkim birqadası ayrılıb. Hava Limanında təyarədən enən sərnişinlər yoxlanılır. Əgər sərnişində hər hansı bir hərarət aşkar olunarsa ona qarşı tədbir görülür.
Ruhəngiz Hacızadə