Gəncə şəhər stadionunun ərazisində yeni meydança salınır

2019-07-09 15:32

Gəncə şəhər stadionunun ərazisində süni örtüklü məşq meydanı inşa edilir. Meydanın uzunluğu 105, eni isə 68 metr olmaqla standart ölçülərə malikdir. Süni örtük hazır olduqdan sonra “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da buradan yararlana biləcək.

Fərid Mehdiyev