Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması yekunlaşmaq üzrədir

2019-10-08 16:05

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi son mərhələdədir. Artıq ərazidə qazonun döşənməsinə start verilib. Qaydaya uyğun əvvəlcə asfalt örtük üzərinə xüsusi yumşaldıcı vasitə olan şokpet vurulur və daha sonra süni qazon döşənir. Meydanın uzunluğu 105, eni isə 68 metr olmaqla standart ölçülərə malikdir.

Vüsalə Camal