Canlı
Gəncə şəhər stadionunda master-klass keçirilib

2018-04-13 / 18:06

Gəncə şəhər stadionunda master-klass keçirilib. “Kəpəz”in əsas komandasının üzvləri tərəfindən keçirilən ustad dərslərində klubun aşağı yaş qruplarının 30-a yaxın futbolçusu iştirak edib. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov, eləcə də futbolçular uşaq və yeniyetmələrə öz dəyərli tövsiyyələrini veriblər. Ustad dərslərinin sonunda əsas komandanın üzvləri uşaqlarla futbol oynayıblar.

Vüsalə Camal