Canlı
Gəncə şəhər Baş Polis İdarəsi işçi qəbulu ilə bağlı müsabiqə elan edib

Gəncə Şəhər Baş Polis İdarəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib. Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, Gəncə şəhərində daimi qeydiyyatda olan kişi cinsli vətəndaşlar iştirak edə bilərlər. İşə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların yerinə yetirilməsinə cəlb olunacaq.

Fərid Mehdizadə