Gəncəçaydan keçən sel yük maşınını aparıb
2021-06-10 12:10
Gəncəçayın Göygöl rayonu ərazisindən keçən hissəsində isə güclü sel "Zil" markalı yük avtomobilini aparıb. Rayon sakini 62 yaşlı İlham Hüseynov çay daşı yığmaq məqsədilə maşını çayın məcrasına salıb. Lakin çaydan keçən güclü su axını nəqliyyat vasitəsini ərazidən bir neçə metr sürükləyərək aparıb. Hazırda maşının çaydan çıxarılması istiqamətində tədbirlər görülür.
Nərgiz camal