Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək
Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb. V.Qurbanov həmçinin Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyaların hazır olduğunu söyləyib.

