Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsi üzrə xarici dillər imtahan modelində dəyişiklik edib. Yeni model 2027-ci ildən tətbiq olunacaq.İmtahan ümumilikdə 26 tapşırıqdan ibarət olan suallardan 25-i qapalı test, 1-i isə yazı işi olacaq. Yeni modelə əsasən, dinləyib-anlama bölməsində 4 test tapşırığı, oxu bacarığı üzrə 8 tapşırıq, qrammatika üzrə isə 13 test nəzərdə tutulur. Yazı bacarığı ayrıca bir tapşırıqla qiymətləndiriləcək. Yeni modelin tətbiqi ilə əlaqədar şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.
24 aprel 2026

