Gələn il xarici vətəndaşların Azərbaycanda işə cəlb olunması ilə bağlı kvota açıqlanıb

2019-11-08 18:03

Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbilər üçün 6725 yerlik kvotanın ayrılması nəzərdə tutulub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. "Ölkəmizdə bəzi ixtisaslar üzrə işçi qüvvəsini təmin edə bilmirik. Çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik". Sitatın sonu.

Vəfa Şairova