Canlı
Gələn il Azərbaycanda daha 10 xalça fabriki açılacaq

2017-12-07 / 18:04

Gələn il ölkəmizin müxtəlif yerlərində on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında deyib. Dövlət başçısı bildirib ki, hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq.

Fərid Mehdiyev