Gələn il Ağdamda əhali sayının 10 min nəfər artacağı proqnozlaşdırılır
Ağdam şəhərində məskunlaşan sakinlərin sayı 3 mini ötüb. Ümumilikdə isə rayon ərazisində 8 300 nəfər yaşayır.Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.Ötən il Ağdamda yaşayanların sayı 500 nəfərdən az olub. Hazırda rayonda üç kəndin bərpası başa çatıb, daha iki kənddə isə işlər yekunlaşmaq üzrədir. Həmin kəndlərə köçün gələn ilin ilk aylarında başlanması nəzərdə tutulur.Emin Hüseynov əlavə edib ki, gələn ilin ilk yarısında Ağdam şəhərində məskunlaşanların sayının daha 10 min nəfər artacağı gözlənilir.
20 noyabr 2026

