Gələn il 65 min hektar sahə minalardan təmizlənəcək
Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək. Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib. ANAMA-dan açıqlanıb ki, ölkəmizdə artıq minatəmizləyən maşınlar istehsal olunur. Onlar tank və piyada əleyhinə minaları aşkarlayır. Bu maşınlar hazırda istifadədədir. Son üç ildə 113 698 ərazi minalardan təmizlənib.
Vüsalə Cənnətova