Canlı
Gələn il 33 rayon və şəhərə dotasiya verilməyəcək

2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək. Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclis komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Gələn il dövlət büdcəsinin yerli gəlirləri 621 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnoz göstəricisini 4 faiz üstələyir.

Ruhəngiz Hacıyeva