Gələn il Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq
2020-12-28 16:05
2021-ci ildə ölkədə daha 22 seysmik stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, gələn il Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər, Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.
Vəfa Şairova