Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır
2020-08-14 18:05
Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, xarici ölkədə qiyabi təhsil alan və fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
Nərgiz Camal