Canlı
Gələn həftə Lavrov Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bunu Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. 20 noyabrda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Ruhəngiz Hacıyeva